Türkiyə-Azərbaycan münasibətləri iki ayrı-ayrı dövlət münasibətlərindən daha güclüdür...

 Dövlətlər ayrı olsa da, iki ölkə arasındakı münasibətlər “bir millət” olmanın tələbi olaraq hər bir dövlətin prioritet hesab edilən hökmranlığı yox, "Hər iki dövlətin mənafeyini birlikdə inkişaf etdirmə qaydası” çərçivəsində formalaşmasıdır. Bu istiqamətdə beynəlxalq görüşlərdə, danışıqlarda Azərbaycan Türkiyənin, Türkiyə isə Azərbaycanın hüquq və mənafelərini müdafiə edir. Xüsusilə də iki dövlətin ortaq problemi olan Ermənistan məsələsində tamamilə ortaq siyasət həyata keçirilir. Türkiyə və Azərbaycanın regional və qlobal ortaq siyasətləri Qafqazda və digər dövlətlərdə sabitliyə, etimada, sülhə və iqtisadi inkişafa müsbət töhfə verir. Ermənistanın 12 iyul 2020-ci il tarixində adi təcavüzkar və işğalçı mövqeyi ilə Azərbaycanın Tovuz rayonunu bombalaması və 28 ilə yaxındır Azərbaycanın işğalı altında olan Qarabağdan kənarda yerləşən digər şəhərlərə də hücumu artıq son hədd idi, Azərbaycanın səbr kasasını doldurdu! Bunun nəticəsində Azərbaycan ordusu əks-hücuma keçib 27 sentyabr 2020-ci il tarixdə düşmənə layiqli cavabını verdi. Bu hücumla Azərbaycan ordusu tarixdə nadir hallarda rast gəlinən qələbələr qazanaraq irəlilədi. Azərbaycanın bütün Qarabağ torpaqlarını Ermənistanın işğalından xilas edəcəyi və müharibə yolu ilə böyük itkilər verəcəyi anlaşıldıqda, Ermənistan müharibənin başlamasından 44 gün sonra, 10.11.2020-ci ildə məğlubiyyətini etiraf etdi. Bu prosesdə Türkiyə qeyd-şərtsiz Azərbaycanı dəstəkləyərək qardaşlığını, dostluğunu bütün dünyaya bir daha nümayiş etdirdi. Bu həmrəylik prosesinin mahiyyətini sənədləşdirən sonuncu dəlil “Şuşa bəyannaməsi” oldu. Bu bəyannamə ilə iki ölkənin bundan sonra yaşanacaq bütün təhlükələrə ortaq mövqe nümayiş etdirməsi və reaksiya verməsi qərara alındı.
 Bu kontekstdə Azərbaycanın Qarabağ Qələbəsindən sonra bölgədə gələcək inkişaflara hazır olmaq və hər cür məlumatların elmi üsullarla araşdırılıb qeydə alınması vacibdir. Qarabağda müharibədən əvvəl, eləsə də müharibə zamanı baş verən, həmçinin bu müharibədən sonra baş verə biləcək hadisələri dəyərləndirərək dövlətlərimizin siyasətinə töhfə verməyi qarşısına məqsəd qoyan Qarabağ (KASSAK) Komissiyası bu istiqamətdə işini sürətləndirib. Komissiya sədrimiz Salih KURT tərəfindən bu istiqamətdə hazırlanmış layihə və proqram sənədləri 22 aprel 2022-ci il tarixində İstanbulda sayın Prezident Rəcəb Təyyub Ərdoğana şəxsən təqdim edilib. Prezidentin tapşırığı ilə müzakirələrdən sonra bu sənədlər qəbul olunarsa, Qarabağla bağlı araşdırmalar sürətlənəcək və mühüm nəticələr əldə oluna biləcək. Komissiyanın əsas məqsədi isə Ermənistanın təcavüzü nəticəsində Qarabağda törədilən cinayətlər beynəlxalq ictimaiyyətə çatdırılmaqla Qarabağın əzəli Azərbaycan torpağı olması bir daha sübutlansın.

Prof. Dr. Kerem KARABULUT,

KASSAK Komissiyası İdarə Heyətinin üzvü

Read more