Mədəniyyət

Bu gün bütün dünya müsəlmanları kimi, Gürcüstanda yaşayan müsəlmanlar da Ramazan bayramını qeyd edirlər.

Trtajans.az  Gürcüstan Kiv-nə istinadən xəbər verir ki, paytaxt Tbilisinin Cümə məscidində izdihamlı bayram namazı qılınıb. Tbilisidə Cümə məscidində qılınan namazda GMİ-nin şeyxi Hacı Ramin İgidov və GMİ-nin şərqi Gürcüstan üzrə müftisi Etibar Eminov iştirak ediblər. Din xadimləri bayram münasibətilə müsəlmanları təbrik edib, onların müqəddəs ayda etdikləri dualar və tutduqları orucların Allah tərəfindən qəbul olunmasını diləyiblər.