Mədəniyyət

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva mayın 13-də Şuşada Yuxarı Gövhərağa məscidində olublar.

Dövlət başçısına və birinci xanıma məsciddə aparılan bərpa işləri ilə bağlı məlumat verilib.
Bildirilib ki, burada bərpa işləri Heydər Əliyev Fondu tərəfindən həyata keçirilir. 1768-1769-cu illərdə inşa edilən bu məscid də işğal dövründə erməni vandalizminin qurbanı olmuşdu.