TRTAJANS - Milli Qəhrəman Çingiz Mustafayev adına Fond və ANS Şirkətlər Qrupundan MÜSABİQƏ

 Xəbərlərin Faktiki Ünvanı 

Mədəniyyət

 

 
İkinci Qarabağ Vətən müharibəsində erməni işğalçıları üzərində qələbə münasibətilə “Gəlin dönək evə” mövzusunda hərbi-vətənpərvərlik mahnı müsabiqəsi elan edir.
I. Müsabiqə aşağıdakı janrlar üzrə keçirilir:
marş, bard (gitara ilə müşayiət), rok, müəllif mahnıları, vals.
Müsabiqədə hər mövzu (və ya janr) üçün bir yer və bir mükafat nəzərdə tutulub.

“Ən yaxşı Marş”
“Ən yaxşı Qələbə mahnısı”
“Ən yaxşı Əsgər və şücaət mahnısı”
“Ən yaxşı Əsgər və məhəbbət mahnısı”
“Ən yaxşı Vətənpərvər mahnı”


Mükafatlandırma:

Hər bir mükafat üçün 1 000 (bir min) manat nəzərdə tutulub. Bundan əlavə, qaliblərə xatirə hədiyyələri də təqdim olunacaq.

IV. Müsabiqənin şərtləri
Müsabiqəyə yalnız elan olunmuş mövzulara dair bəstələnmiş mahnılar qəbul ediləcək.
Müsabiqəyə materiallarln qəbuluna dair son tarix 15 iyun 2021-ci ildir.
Müsabiqədə arzu edən hər kəs iştirak edə bilər.
V. Mahnıların təqdim edilməsi
Müsabiqə üçün bəstələr wetransferə yüklənə bilər, həmçinin istənilən daşıyıcıda verilə bilər. Format: Mp3
E~mail ünvanı aşağıdakı kimidir:
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
Təqdimat məktubunda yer almalıdır:
Bəstə təqdim edən şəxsin əlaqə vasitələri - ev və ya iş telefonu, mobil telefonu, e-mail ünvanı.
VI. Qaliblərin elan edilməsi
Qaliblər Milli Qəhrəman Çingiz Mustafayevin doğum günündə - 29 avqust 2021-ci il tarixdə elan ediləcək.
Əlaqə telefonu:
(012) 345 45 08

(051) 206 42 70
VII. Münsiflər heyətinin tərkibi aşağıdakılardır:
Cavanşir Quliyev
Sabir Rüstəmxanlı
Cahangir Zülfüqarov
Seyfulla Mustafayev
Vahid Mustafayev
Rasim Müzəffərli
Pin It
»

40% Endirimli

Qalereya