
Mədəniyyət
- Cuma, 28 Mayis 2021
- Jurnalist Yasemen MEMMEDLİ
Əməkdar artist Zöhrə Abdullayeva vəfat etdi.
Bu haqda aparıcı Hacı Nuran Hüseynov məlumat yayıb.
Xatırladaq ki, bir müddət öncə aparıcı Hacı Nuran Hüseynov müğənninin xəstəxanada olması barədə məlumat vermişdi:
"Dilimdə dua, ürəyimdə bir yalvarış var Allaha. Bu dua da, o yalvarış da mənə anam qədər əziz olan o insan üçündür - Zöhrə xanım Abdullayeva. Səsi ilə tamaşaçılarının könlündə taxt qurmuş sənətkarımızı səhhəti ilə əlaqədar olaraq xəstəxanaya yerləşdirmişdik. Onun sağlamlığı ilə bağlı problemin olduğunu bilirik. Amma Zöhrə xanımın həyat eşqi, qeyri-adi motivasiyası onu ayaqda saxlayırdı. Nə zaman soruşsan "narahat olmayın, heç nəyim yoxdur”, deyirdi. Zöhrə Abdullayevanı anam kimi sevirəm. Onun səhhəti də həmişə mənim diqqətimdə olub. Onun üçün əlimdən gələni etməyə hazır olmuşam və etmişəm. Zöhrə anam isə qürurludur çox. Heç vaxt kiməsə əziyyət vermək istəməyib. Bu dəqiqə isə onun hamının duasına ehtiyacı var. Çünki tibbin aciz qaldığı məqamlarda insan ümidini Allaha bağlayır. Mən də bu dəqiqələrdə onun üçün hamının dua etməsini istəyirəm. Çünki Zöhrə anamın bu dəqiqələrdə ancaq dualara ehtiyacı var. Yastığın yüngül olsun, əziz insan. Tanrı sənə qıymasın".
ALLAH RƏHMƏT ETSİN!
Trtajans.az
Əlaqədar məhsullar:
Top Videos
Populyar
- ən oxumaq