TRTAJANS - Ermənilər hansı məqsədlə Marneulidə təxribat törədir?

 Xəbərlərin Faktiki Ünvanı 

Mədəniyyət

 

Kamal Salayev
AMEA–nın Qafqazşünaslıq İnstitutunun
Gürcüstanşünaslıq şöbəsinin mütəxəssisi
...2021-ci ilin yanvarında armenianreport-un verdiyi xəbərə əsasən, guya Marneuli rayonundakı türklər ermənilərə məxsus yük maşınlarına hücum edərək onları məhv etmişlər. Həmin təxribat xarakterli xəbərin mətnini sizə təqdim edirik: “Dünən gecə yarısından sonra Marneulidə türklər ermənilərin 30-dan çox yük maşınlarına hücum edərək onları məhv etmişlər. Bu son bir ay ərzində düşmənin yük maşınlarımıza ikinci hücumudur. Hadisə nəticəsində xəsarət alanların və dəyər zərərin təfərrüatları hələlik məlum deyildir. Bu gün gecə saatlarında bizimlə əlaqə quran sürücülərdən biri, davaya cəlb olunmamaq üçün hadisə yerindən qaçmağa çalışdıqlarını bildirmişdir. “Gürcüstan ərazisindən yük daşımaları son dərəcə təhlükəli olur. Biz artıq ölümün gözlərinə baxaraq türklərin arasında gəzirik. Kim bu barədə düşünməlidir? İqtisadiyyat tezliklə ağır vəziyyətə düşəcəkdir. Bizim məmurlarımız isə İrəvanda Paşinyanın rəhbərliyi ilə ümumi kommunikasiyalardan danışırlar. Yükləri Azərbaycan vasitəsilə Rusiyaya daşımaq istəyirlər… Gürcüstan vasitəsilə yükün təhlükəsiz daşınmasını təmin edə bilmədiyin halda sən necə bizim təhlükəsizliyimizə zəmanət verirsən?”- deyə, sürücülərdən biri qeyd edir”.
Armenianreport-un yayımladığı bu dezinformasiyada ermənilər günahı türklərin üstünə atırlar, həmin xəbərlə eyni gündə - arm-world.ru saytında yayımlanan dezinformasiyada isə ermənilər törətdikləri təxribata görə günahı azərbaycanlıların üstünə atırlar. Görünüşə görə, Ermənistan özü əslində təcavüzkar bir dövlət olduğu halda yenə təxribat törədərək günahı iki qardaş ölkənin - Azərbaycanın və Türkiyənin üzərinə atmağa çalışır. Aydın məsələdir ki, 44 günlük müharibənin nəticəsində Ermənistanın ağır məğlubiyyətə uğramasını, böyük itkilər verməsini, o cümlədən, İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti sayəsində Dağlıq Qarabağın şanlı Azərbaycan ordusu tərəfindən işğaldan azad olunmasını həzm edə bilməyən ermənilər günü bu gün də qisas hissi ilə yaşamağa davam edirlər. Bu baxımdan 2020-ci ilin oktyabrında Azərbayana məxsus yük maşınlarının atəşə tutulmasına dair video görüntünün İzvestiya tərəfindən yayımlanması da erməni təcavüzkarlığını göz qarşısına qoyur.
Armenianreport-un yayımladığı dezinformasiyada Ermənistanın iqtisadiyyatının tezliklə ağır vəziyyətə düşəcəyi qeyd olunur. Belə bir məqamda isə sual ortaya çıxır ki, məgər hazırda iqtisadiyyatı ağır vəziyyətdə olan elə Ermənistanın özü deyil? Təbii ki, özüdür. Bununla yanaşı, qeyd etmək lazımdır ki, ermənilər sözün əsl mənasında ölümün nə olduğunu şanlı Azərbaycan ordusunun torpaqlarımızı işğaldan azad etdiyi zaman gördülər. Heç kəsə sirr deyildir ki, Ermənistan hər zaman qonşularının hesabına özünə gün ağlamışdır. Ermənistan tarix boyu öz xeyri naminə qonşularının torpaqlarını işğal yolu ilə mənimsəməyə və bu müqəddəs torpaqlardan öz məkrli siyasəti naminə istifadə etməyə çalışmışdır. Ermənilər günü bu gün də öz çirkin əməllərindən çəkinmirlər.
Qeyd edək ki, Paşinyan hökumətinin siyasətdən tamamilə kənar olmasına və təcrübəsizliyinə görə Ermənistanın heç özündə də təhlükəsizlik məsələlərinə ciddi şəkildə riayət olunmur. Buna sübut olaraq 2020-ci ilin iyununda Avropa Birliyinin Komissiyası tərəfindən Ermənistanın aviaşirkətlərinin qara siyahıya daxil edilməsini göstərmək olar. Həmin siyahıda Ermənistan - Anqola, Konqo, Nepal, Sudan kimi ölkələrin yanında yer alır. Bununla yanaşı, 2020-ci ilin iyulunda Ermənistandakı epidemioloji vəziyyətin pis olmasına görə İtaliyanın onu qara siyahıya daxil etməsini göstərmək olar. Görünüşə görə Ermənistan koronavirusun daha çox yayıldığı ölkələrin sırasındadır.
Bu gün bir tərəfdən siyasi qarşıdurmanın, xaosun, digər bir tərəfdən koronavirusun baş alıb getdiyi Ermənistanda hər hansı bir təhlükəsizlik məsələlərindən danışmaq qeyri-mümkündür. Artıq Emənistanda demək olar ki hamı, belə bir vəziyyətə səbəbkar olan, kapitulyasiya aktına imza atan və nəticədə məğlubiyyət simvoluna çevrilən Paşinyanın hakimiyyətdən getməsinin tərəfdarıdır.
İqtisadiyyatı darmadağın vəziyyətdə olan Ermənistandan fərqli olaraq bizim iqtisadi müstəqilliyimizin sayəsində siyasi müstəqilliyimiz günü-gündən daha da güclənmişdir. Bütün bunlar isə məhz möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı müdrik siyasətin nəticəsində öz əksini tapmışdır. O siyasət ki onun təməlində Azərbaycan vətəndaşı və onun rifahı dayanır. Həmin düşünülmüş siyasətin nəticəsində düşmənlərimiz torpaqlarımızdan qovulmuş, əldə etdiyimiz qələbəmiz isə siyasi yolla daha da möhkəmlənmişdir.

Pin It
»

40% Endirimli

Qalereya