TRTAJANS - LAÇINDA HƏRBİ YÜK AVTOMOBİLİ QƏZAYA UĞRAYIB, İKİ HƏRBÇİMİZ HƏLAK OLUB

 Xəbərlərin Faktiki Ünvanı 

Toplum

 

İyunun 28-də günorta saatlarında Laçın rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Müdafiə Nazirliyindən bildirilib ki, “KamAZ” markalı hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları - kiçik çavuş Zeynallı Coşqun Çingiz oğlu və əsgər Rəhimli Orxan Elxan oğlu həlak olub.  Müdafiə Nazirliyinin rəhbərliyi bədbəxt hadisə nəticəsində həlak olan hərbi qulluqçuların yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir. Faktla əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır.

Pin It

Qalereya