TRTAJANS - Ağdaşda ağır yol qəzası: 2 ölü, 1 yaralı

 Xəbərlərin Faktiki Ünvanı 

Toplum

 

Ağdaşda ölümlə nəticələnən ağır yol qəzası olub. Hadisə Ləki qəsəbəsi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, “Mercedes” markalı minik avtomobili sürücü, Bakı sakini, 1959-cu il təvəllüdlü Salmanov Ramiz İbrahim oğlunun idarə etdiyi MAN markalı yük maşınına çırpılıb. Qəza nəticəsində "Mercedes"də olan 2 nəfər ölüb, daha 1 nəfər yaralanıb. Yaralı Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hadisə yerinə təcili tibbi yardım və yol polisi cəlb edilib. Qəzada ölənlərin və yaralananın şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.

Pin It

Qalereya