TRTAJANS - DİN ölən operatorun görüntülərini yaydı

 Xəbərlərin Faktiki Ünvanı 

Toplum

 

Daxili işlər nazirliyi bu gün səhər saatlarında həyatını itirmiş "Tv Pirveli" kanalınən operatoru Aleksandr Laşkaravanın video görüntülərini yayıb.

Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla xəbər verir ki, nazirlik açıqlamsında Laşkaravanın dostu ilə birlikdə mopedlə müxtəlif yerlərə getdiyini təqdim edib. DİN ictimai marağın yüksək olması səbəbi ilə "TV Pirveli" kanalının operatoru Laşkaravanın ölümü ilə əlaqədar başladılan istintaq barədə ictimaiyyəti məlumatlandırmaq istədiyini qeyd edib. Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis departamentinin rəisi Mamuka Çelidze bu barədə xüsusi brifinq keçirib: "Artıq qeyd etdiyimiz kimi, hadisə dərhal Cinayət Məcəlləsinin 115-ci maddəsi ilə araşdırılır və ailə tərəfindən seçilən müstəqil ekspertin iştirakı ilə məhkəmə tibbi ekspertizası təyin edilib. Məhkəmə ekspertizasına əlavə olaraq, mərhumun son vaxtlar əlaqə saxladığı şəxslərin sorğuları da daxil olmaqla istintaq hərəkətləri fəal şəkildə davam etdirilir. Hazırda dünyasını dəyişən Laşkaravanın hərəkət marşrutunu əks etdirən görüntülər araşdırılır, eyni zamanda onunla əlaqəli şəxslər müəyyənləşdirilir və onlardan sorğu aparılır". Polis departamentinin rəisi Mamuka Çelidze, Laşkaravanın dostu ilə bir neçə yerə getdiyini bildirir: "Laşkarava dünən dostu ilə birlikdə moped sürərək Tbilisidə fərqli yerlərə hərəkət edib. Onlar Saburtalo rayonu, Poniçala qəsəbəsində olublar. Bu mərhələdə Daxili İşlər Nazirliyi ailənin və mərhumun maraqlarına cavab verən ilkin versiyalar səsləndirməkdən çəkinir", - deyə Polis departamentinin rəisi Mamuka Çelidze bildirib. Onun sözlərinə görə, Daxili İşlər Nazirliyi istintaq zamanı vaxtaşırı ictimaiyyətə hərtərəfli məlumat verəcək. DİN-dən Laşkarava ilə bağlı təqdim olunan görüntüləri sizə təqdim edirik:

Pin It

Qalereya