TRTAJANS - ERMƏNİLƏRİ NECƏ SAKİTLƏŞDİRMƏLİ? -KEÇİNİN ÖLÜMÜ YETƏNDƏ...

 Xəbərlərin Faktiki Ünvanı 

Toplum

 
Ermənilər sakitləşmir. Daha doğrusu, sakitləşməyə qoymurlar... Qoymayanlar da bəllidir. Bir dəfə qızışdırıb irəli verdilər, 30 ildə əldə etdiyiyini 44 günə geri qaytardı. İndi Zəngəzuru qaytarmaq ərəfəsindədir. Sadəcə, ermənilərin düşüncə tərzi buna gətirib çıxarıb. Məsələn, son bir ay ərzində az qala hər gün atəşkəsi pozan, daha dəqiqi, Azərbaycan Ordusunun əsəbləri ilə oynayan düşmən bu gün iulun 16-sı saat 10:00 radələrindən etibarən Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək-Arazdəyən istiqamətində atəşkəs rejimini pozaraq mövqelərdə təkmilləşdirmə işləri aparan mühəndis bölmələrimizin şəxsi heyətini və texnikasını müxtəlif çaplı silahlardan atəşə tutub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Bölmələrimizin şəxsi heyəti və texnikasında itki və zərərçəkən yoxdur. Düşmən cavab atəşi ilə susdurulub.
Susdurulub! Amma hər dəfə bu susdurulma müvəqqəti xarakter daşıyıb. 
Tanrı Ordumuzu qorusun! Ermənistana isə az da olsa ağıl versin ki, özgə ağlı ilə oturub-durmasın...
A.Məmmədli
Pin It

Qalereya