Xəbərlərin Faktiki Ünvanı

Toplum

 

ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin iti Birləşmiş Ştatların birinci iti olacaq. Bu barədə “CBS News” telekanalı xəbər verir.

Qeyd edilir ki, xüsusi olaraq "indoqurasiya" adlandırılan prosedur Co Baydenin inauqurasiyasından əvvəl - bu gün keçiriləcək. Tədbirin keçirilməsi təşəbbüsü “Delaware Humane Association” Assosiasiyasına aiddir. Assosiasiyada vurğulayıblar ki, “Major” ləqəbli it Ağ Evdəki sığınacaqların birinci iti olub.

Assosiasiya özünün feysbukdakı səhifəsində bildirib ki, "indoqurasiya"dan əldə ediləcək vəsait xeyriyyəçilik məqsədi üçün xərclənəcək.

Xatırladaq ki, Bayden bir neçə ay əvvəl verdiyi açıqlamada ötən əsrdə Ağ Evdə Birləşmiş Ştatların bütün prezidentlərinə məxsus olmuş it saxlama ənənəsini geri qaytaracağını söz verib. Bu ənənəni ABŞ-ın hazırkı prezidenti Donald Tramp pozub.

Baydenin yanvarın 20-ə planlaşdırılan inaqurasiyasından sonra Ağ Evə onunla və xanımı ilə birlikdə “Çemp” və “Major” ləqəbli alman ovçarkaları da köçəcəklər.

Qalereya