Səhiyyə

Vətən müharibəsində yaralanan daha 27 azərbaycanlı qazı müalicə məqsədilə Türkiyəyə göndərilib.

 "YAŞAT" Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, “YAŞAT” Fondu qazilərin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. 

Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.

Xatırladaq ki, Fond tərəfindən bundan öncə 24 qazi müalicə üçün Türkiyəyə göndərilmişdi. Onlardan 4-ünün müalicə proseduru artıq uğurla yekunlaşıb və Azərbaycana qayıdıblar. Qazilərin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

Trtajans.az