TRTAJANS - Aytmatovun həyat yoldaşı vəfat edib

 Xəbərlərin Faktiki Ünvanı 

Səhiyyə

Dünya şöhrәtli qırğız yazıçısı Çingiz Aytmatovun 79 yaşlı hәyat yoldaşı Maria Aytmatova

yeni növ koronavirusdan vәfat edib.

Bu barәdә Maria Aytmatovanın  gәlini Sabira Aytmatova rәsmi internet sәhifәsindә mәlumat yayıb. O, Maria Aytmatovanın Bişkekdәki infeksion xәstlәliklәr xәstәxanasında vәfat etdiyini bildirib.

Qırğızıstan prezidenti Sadır Caparov da verdiyi açıqlamada bildirib ki, Maria Aytmatovanın vәfat etmәsi ilә bağlı xәbәr mәni  kәdәrlәndirib.

Әsәrlәri 157 dilә tәrcümә edilәn Çingiz Aytmatov 2008-ci ilin 10 iyun tarixindә müalicә olunduğu Almaniyadakı klinikaların birindә vәfat edib.  

Qeyd edək ki, Qırğızıstan KİV-nin yaydığı məlumata görə, Aytmatovun adını daşıyan muzey nümayəndələrinin dediklərinə görə, Aytmatovun həyat yoldaşının ürək problemləri də var imiş. 

Maria Urmatovna Aytmatova 13 iyul 1942-ci ildə Qırğızıstanın Çuy vilayətində anadan olub. 20 aprel 2021-ci ildə isə vəfat edib.

Trtajans.az 

 

Pin It
»

40% Endirimli

Qalereya

Nostalji Xəbərləri

Dr. Kürşat Çavuşoğlu,Irak Türkmen Gazeteciler ...
    Tanınmış hüquqşünas, siyasi ekspert Adil ...
Dekabrın 27-də saat 15.30 radələrində ...

Texnologiya Xəbərləri

“Qarabağdakı zəfər sadəcə texnologiya sayəsində ...
İyunun 3-də Bakıda Azərbaycan-Türkiyə 13-cü ...
"Türkiyə müdafiə sənayesində ixrac reallaşdıran ...