TRTAJANS - Təkrar vaksin vurulmasının düzgün fasiləsi də antitel səviyyəsini artırır

 Xəbərlərin Faktiki Ünvanı 

Səhiyyə

Alman "Pfizer/BioNtech" peyvəndinin 12 həftə fasilə ilə tətbiqinin antellərin səviyyəsini artırdığı açıqlanıb.

İngiltərədə Birmingham Universiteti tərəfindən aparılan bir araşdırmada alman "Pfizer/BioNtech" peyvəndinin iki dozasını 12 həftə fasilə ilə qəbul edən 80 yaşdan yuxarı şəxslərin, 3 həftə fasilə ilə olanlarla müqayisədə aralığından 3,5 dəfə çox "Covid-19" antiteli formalaşdırdığı aşkar edilib

Cümə günü (14 may) yayılan araşdırmada 80 yaşdan yuxarı 175 nəfərə 3 və ya 12 həftəlik fasilələrlə "Covid-19" əleyhinə peyvənd tətbiq olunub. 

Daha uzun müddət gözləyən xəstələrin bədənlərində ikinci peyvənd dozasından sonra daha çox antitel aşkarlanıb.

Tədqiqatçılar 12 həftə fasilə ilə tətbiq olunan peyvəndlənmədə "Covid-19"a qarşı immunitetin daha uzun müddət davam edə biləcəyi ehtimalının olduğunu, lakin bu mövzuda daha çox araşdırma aparılmasının vacibliyini bildiriblər. 

Trtajans.az xəbər verir ki, İngiltərə vaksinin məhdud sayda olduğu dekabr ayında daha çox insana ilk dozanın çatdırıla bilməsi üçün iki doza arasındakı fasilənin 12 həftəyə qədər artırılmasına icazə vermişdi.

 

Pin It
»

40% Endirimli

Qalereya

Nostalji Xəbərləri

Dr. Kürşat Çavuşoğlu,Irak Türkmen Gazeteciler ...
    Tanınmış hüquqşünas, siyasi ekspert Adil ...
Dekabrın 27-də saat 15.30 radələrində ...

Texnologiya Xəbərləri

“Qarabağdakı zəfər sadəcə texnologiya sayəsində ...
İyunun 3-də Bakıda Azərbaycan-Türkiyə 13-cü ...
"Türkiyə müdafiə sənayesində ixrac reallaşdıran ...