TRTAJANS - Uşaqlarda tez-tez rast gəlinən göz xəstəliklərinin səbəbləri açıqlanıb

 Xəbərlərin Faktiki Ünvanı 

Səhiyyə

Texnologiyalar uşaqların gözünə təsirsiz ötüşmür. Saatlarla telefona və ya kompüterə baxan balacalar sonralar onun fəsadları ilə üzləşirlər.

Azyaşlıların müasir texnologiyalardan istifadəsi məsləhət görülməsə də, məktəbyaşlı uşaqlar kompüterdən yararlana bilərlər. Bu zaman hər yarım saatdan bir 15 dəqiqə fasilə verməklə uzaq məsafəyə baxaraq gözə istirahət vermək məsləhətdir.

Həkimlərin dediyinə görə, televizor qarşısında həddindən çox vaxt keçirən və planşetdən istifadə edən uşaqlarda görmə qabiliyyəti zəifləyir. Ümumilikdə isə 2 yaşa qədər uşaqların telefondan istifadə etməməsi məsləhətdir.

Trtajans.az xəbər verir ki, Bakı Baş Səhiyyə İdarəsinin baş oftalmoloqu Sevda Bəşirova Azərtac-a deyib: “Uşaqlar normal halda bir dəqiqədə gözlərini 16-18 dəfə qırpmalıdır. Kompüter, planşet və telefondan istifadə edən uşaqların gözqırpma sayı azalaraq 10 dəfəyə qədər düşür, eyni zamanda gözdə quruluq, qaşınma, diskomfort, yaşarma kimi hallara rast gəlinir”.

Göz ətraf təsirə qarşı ən həssas orqan olduğuna görə həkimlər valideynlərə diqqətli olmağı məsləhət görürlər. Uşaqların əl gigiyenasına, eləcə də onların telefon və planşetlərdən istifadəsinə diqqət yetirməlidirlər.

Təcrübə göstərir ki, uşaqlar arasında göz tənbəlliyi, çəpgözlük, miopiya, hiperopiya, astiqmatizm kimi göz xəstəlikləri üstünlük təşkil edir. Ona görə ildə bir dəfə onların gözlərini müayinə etmək tövsiyə olunur.

Pin It
»

40% Endirimli

Qalereya

Nostalji Xəbərləri

Dr. Kürşat Çavuşoğlu,Irak Türkmen Gazeteciler ...
    Tanınmış hüquqşünas, siyasi ekspert Adil ...
Dekabrın 27-də saat 15.30 radələrində ...

Texnologiya Xəbərləri

“Qarabağdakı zəfər sadəcə texnologiya sayəsində ...
İyunun 3-də Bakıda Azərbaycan-Türkiyə 13-cü ...
"Türkiyə müdafiə sənayesində ixrac reallaşdıran ...