İqtisadiyyat

İranın şimal-şərqində yerləşən Tabas şəhərindən təxminən 50 km aralı Mazinou dəmiryol stansiyasında sərnişin qatarının relsdən çıxması nəticəsində azı 17 nəfər ölüb, 50-yə yaxın sərnişin yaralanıb.

Bu barədə İran Qırımızı Aypara Cəmiyyəti Cənubi Xorsan idarəsinin direktoru Müctəba Xaledi bildirib.

O yaralılardan 15-nin vəziyyətinin ağır olduğunu qeyd edib.

Hadisə nəticəsində ölənlərin və yaralananların sayının artacağı gözlənilir. Məlumata görə, hadisə zamanı qatarda 348 sərnişin olub.

Qəzanın səbəbi araşdırılır.