TRTAJANS - Keçmiş prezidentin yeni planları var: "İqtidar buna məcbur qalacaq"

 Xəbərlərin Faktiki Ünvanı 

Siyasət

"Gürcüstan iqtidarının başqa alternativ yolu yoxdur və buna görə bütün siyasi məhbusları azad etməli eyni zamanda növbədənkənar seçkilər təyin etməli

olacaqlar".

Yerli KİV-lərin yazdığına görə, bu sözləri eks prezident Mixeil Saakaşvili "Mtavari Arxi" kanalına müsahibəsində deyib. Saakaşvili, həmçinin gələcək planlarını gələn həftə açıqlayacağını da bildirib: “VMH partiyasının sədri Nika Meliya, eləcə də Rurua və digər siyasi məhbuslar azad edilməlidir. Mütləq ölkədə növbədənkənar parlament seçkiləri keçirilməlidir. İqtidar buna məcbur qalacaq, başqa alternativ yolları yoxdur. Mən hərkəsi maraqlandıran suallara və digər qərarlarımı gələn həftə elan edəcəyəm. Qələbəmiz üçün planımı və görüşümü mütləq hərkəsə açıqlayacağam", - deyə Saakaşvili bildirib.

trtajans.az

Pin It
»

40% Endirimli

Qalereya