Siyasət

 

 
“Putin sülhü məhv etdi, Belarus da işğala yardım etdi. NATO Ukraynanın yanındadır”.

“Trtajans.az” xəbər verir ki, bu fikirləri NATO-nun Baş katibi Yens Stoltenberq söyləyib. “Ötən həftədə Alyansımızın şərq cinahındakı mövcudluğumuzu gücləndirdik. Bizim müdafiə məsələsindəki öhdəliklərimiz mübahisəsizdir. NATO ərazilərini müdafiə etməyə davam edəcək”, - o vurğulayıb. Yens Stoltenberqin sözlərinə görə, NATO Rusiya ilə savaşmaq istəmir: “Problem xoşniyyətli diplomatik yollarla həll edilməlidir. Bütün dünya sülh üçün Ukraynanın yanındadır”.