Siyasət

 

Dünya mediası Rusiyanın Ukraynaya qarşı apardığı ədalətsiz və işğalçı müharibəsindən yazır.

Bu azmış kimi, dünyanın əksər dövlətləri Putinin bu yersiz iddiasına və müharibəsinə qarşı sərt mövqe sərgiləməkdədir. ABŞ prezidenti Co Bayden isə rusiyalı həmkarı Vladimir Putini “quldur” adlandırıb. "Təzadlar" "Ukrainskaya pravda"ya istinadla bildirir ki, “İrlandiyanın dostları” adlı ənənəvi illik şam yeməyində çıxış edən Bayden, eyni zamanda Putinə “Ukrayna xalqına qarşı əxlaqsız müharibə aparan qanlı diktator” deyib.  Sitat: “İndi Böyük Britaniya ilə İrlandiya və Ukrayna xalqına qarşı əxlaqsız müharibə aparan ölümcül bir diktatora, quldura qarşı birlikdə dayanan başqa bir cəmiyyət var”, - Bayden bildirib.