TRTAJANS - ZELİNSKİ PUTİNİN 6 BƏHANƏSİNİN 2-NƏ RAZIDIR VƏ...

 Xəbərlərin Faktiki Ünvanı 

Siyasət

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ukrayna Rusiyanın altı tələbindən dördünə, xüsusən NATO-ya üzvlükdən imtina etməyə və rus dilini ikinci dövlət dili kimi tanımağa hazırdır. 

Tezadlar.az bildirir ki, bu barədə Türkiyənin Anadolu agentliyi prezident Ərdoğanın şərhinə istinadən məlumat yayıb. Sitat: "Düşünürəm ki, danışıqlarda 4 bənd üzrə konsensus var. Birinci məqam Ukraynanın NATO-ya daxil olması ilə bağlıdır. Əvvəlcə Ukrayna Alyansa üzvlükdə israr etsə də, sonradan Zelenski imtinanın mümkünlüyünü bəyan etməyə başladı... Digər bir məqam isə Ukraynada rus dilinin rəsmi dil kimi qəbul edilməsi ilə bağlıdır. Zelenski bununla razılaşıb. Rus dilində demək olar ki, bütün Ukraynada danışılır. Bununla bağlı heç bir problem yoxdur”.

Türkiyə prezidentinin sözlərinə görə, üçüncü bənd kimi “demilitarizasiya” ilə bağlı Ukraynanın güzəştə getməsi ilə bağlı müəyyən razılaşma var. Eyni zamanda Ərdoğan əlavə edib ki, biz Ukraynanın tam tərksilahından danışmırıq. Bundan əlavə, dördüncü məqam kollektiv təhlükəsizliyə aiddir, Ərdoğanın sözlərinə görə, buna da Ukrayna müsbət yanaşmışdır. Bununla belə, Ərdoğan bildirib ki, Ukrayna rusların tələblərinin beşinci və altıncı bəndlərini, yəni Krımın Rusiya tərəfindən işğalının və Donetsk və Luqansk vilayətlərinin müəyyən ərazilərinin tanınması məsələsini müzakirə etmir.
Türkiyə prezidenti bildirib ki, Zelenskinin Donbasın statusu ilə bağlı referendum keçirməyə hazır olduğu iddia edilir. O, həmçinin Qərb liderlərini Rusiyanın 2014-cü ildə Krımı işğal etməsini pisləməkdə qətiyyətsizliklərinə görə tənqid edib.
Ərdoğan və xarici işlər naziri Mövlud Çavuşoğlu başda olmaqla Türkiyə hakimiyyətinin nümayəndələri həm Ukrayna, həm də Rusiya Federasiyası ilə sıx əlaqə saxlayır və ölkədə sülhün bərqərar olması üçün vasitəçilik etməyə çalışırlar. 

***

Baş verənlər yadımıza Azərbaycanın 1990-cı illərini salır. Rusiya Azərbaycanı KTŞ-na qoşulmağa məcbur etmək üçün ermənilərin əli ilə faktiki olaraq Qarabağın işğalına nail oldu. 30 il ərzində Azərbaycan müsibətlər çəkdi. Erməniləri qızışdırıb "DQR"a müstəqillik statusu istədirdilər, amma tarix nəhayət, öz sözünü dedi, Azərbaycan qardaş Türkiyənin köməyi və Ordumuzun gücü, cəsarəti ilə Qarabağı ermənizmdən təmizlədi. Eyni senari Gürcüstanda, Moldovada, indi isə Ukraynada həyata keçirilir...

A.Məmmədli

Pin It
»

40% Endirimli

Qalereya