TRTAJANS - ŞUŞA TÜRK DÜNYASININ PAYTAXTI SEÇİLƏCƏK-TƏCİLİ

 Xəbərlərin Faktiki Ünvanı 

Siyasət

"Şuşa şəhərinin Türk Dünyasının Paytaxtı seçilməsi ilə əlaqədar tədbirlər planı hazırlanır". 

Bunu Azərbaycanın mədəniyyət naziri Anar Kərimov bildirib. “Bu, bizim üçün çox vacib məqamdır. Hər kəsi bu əlamətdar gün münasibətilə təbrik edirəm! Şuşa 2023-cü il Türk Dünyasının Paytaxtı seçilib. Ermənilər bu şəhərdə işğal dövründə tarixin izini silmək istəyirdilər, lakin bunu bacarmadılar”, - nazir bildirib. “Konsertlər, sərgilər keçirməklə şəhərin gözəlliyini bütün dünyaya nümayiş etdirmək istəyirik. Ədəbiyyat festivalı keçirmək istəyirik. Ümumiyyətlə, planlarımız çoxdur. Məqsəd Azərbaycanın ürəyi olan Şuşa şəhərini nümayiş etdirməkdir”, - A.Kərimov deyib. Xatırladaq ki, Şuşa şəhəri 2023-cü il Türk Dünyasının Mədəniyyət Paytaxtı elan olunub. Bununla bağlı TÜRKSOY Daimi Şurasının Bursa şəhərində keçirilən növbədənkənar iclasında qərar qəbul edilib.

Pin It
»

40% Endirimli

Qalereya