TRTAJANS - "PUTİN 9 MAY PARADINI KİYEVƏ QALİB GƏLƏ BİLMƏYƏN ORDU İLƏ KEÇİRƏCƏK???"

 Xəbərlərin Faktiki Ünvanı 

Siyasət

Rusiya prezidenti Vladimir Putin və ordusu mayın 9-na qədər Ukraynada “heç olmasa nəsə bir qələbə” qazanmağı və Moskvada ənənəvi parad keçirməyi hədəfləyir.

Trtajans.az CNN-ə istinadən bildirir ki, bu barədə ABŞ kəşfiyyat orqanlarına yaxın rəsmi şəxs bildirib. ABŞ kəşfiyyatının son qiymətləndirmələri ilə tanış olan bir neçə ABŞ rəsmisinin bilgisinə görə, Rusiya mayın 9-da Ukraynanın şərqindəki Donbass və digər bölgələrə nəzarəti ələ keçirmək üçün Ukraynadakı müharibə strategiyasına yenidən baxıb. Müharibə ayı ərzində rus quru qoşunları döyüşdükləri ərazilərə nəzarəti saxlaya bilmədikləri də nəzərə alınıb. Məhz buna görə də rəsmilər Putinin “ən azı nəsə bir növ qələbə” nümayiş etdirməli olduğunu deyir və mayın əvvəlinə qədər Ukraynanın şərq bölgəsinə nəzarəti ələ alacağına ümid edir. Sitat: "Müharibənin və ya sülh danışıqlarının vəziyyətindən asılı olmayaraq, Putinin mayın 9-da qələbə paradı olacaq", - deyən Avropa müdafiə qüvvələrinin rəsmisi bildirib: "Digər tərəfdən, hansı qoşun və texnika ilə qələbə paradı olacaq? Ukraynaya qalib qələ bilməyən ordu iləmi???"
Həmçinin, amerikalı və avropalı rəsmilər hesab edir ki, Rusiya uzun sürən qarşıdurmaya hazırlaşır.

Beləliklə sual: Putin 9 mayda hərbi paradı hansı ordu və hərbi texnika ilə keçirmək istəyir???

A.Məmmədli

Pin It
»

40% Endirimli

Qalereya