
Siyasət
- Cuma, 17 Haziran 2022
- Jurnalist Asif Merzili
İyunun 17-si saat 09 radələrində Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı, 1991-ci il təvəllüdlü Ruhin Vəliyev piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bu barədə Cəbrayıl Rayon Prokurorluğundan məlumat verilib. Bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğunda araşdırma aparılır.
Təəssüflər olsun, aidiyyatı beynəlxalq təşkilatların zəif çağırışına məhəl qoymayan Ermənistanın hərbi-siyasi rəhbərliyi hələ də 90-cı illərdən işğal etdikləri ərazilərimizdəki minaların xəritəsini verməkdən faktiki imtina edir. Nəticədə mülki insanlarımız həlak olur, sağlamlıqlarını itirirlər. Bu isə insan haqlarının kobud surətdə pozulmasıdır.
A.Məmmədli
Əlaqədar məhsullar:
Top Videos
Populyar
- ən oxumaq