TRTAJANS - ABŞ Türkiyəni F-35 proqramından çıxarıb - 7 ölkə ilə memorandum imzalayıb

 Xəbərlərin Faktiki Ünvanı 

Elm & Texnologiya

Birləşmiş Ştatlar Türkiyəni beşinci nəsil F-35 qırıcı təyyarələrinin istehsalı proqramından çıxarılması barədə rəsmən məlumatlandırıb.

AzərTac Anadolu agentliyinə istinadla xəbər verir ki, ABŞ-ın bu qərarı Ankaranın Rusiya istehsalı olan S-400 zenit-raket komplekslərini alması ilə bağlıdır. Vaşinqton qırıcı təyyarələrin istehsalı layihəsi üzrə digər yeddi tərəfdaşı – Avstraliya, Böyük Britaniya, Danimarka, İtaliya, Kanada, Niderland və Norveç ilə memorandum imzalayıb.

Yanvarın 11-də Pentaqon nümayəndəsi polkovnik-leytenant Tomas Kempbell Türkiyədə F-35 təyyarələrinin ehtiyat hissələrinin istehsalının da 2021 və 2022-ci illərdə tədricən dayandırılacağını bildirmişdi.

Xatırladaq ki, 2017-ci ilin dekabrında Türkiyə və Rusiya S-400 “Triumf” zenit-raket komplekslərinin satın alınmasına dair 2,5 milyard dollar həcmində kredit sazişi imzalayıb. Bu saziş Ankara və Vaşinqton arasında beynəlxalq qalmaqala səbəb olub. Birləşmiş Ştatlar Türkiyədən bu sövdələşməni dayandırmağı və əvəzində ABŞ istehsalı olan “Patriot” zenit-raket komplekslərini almağı tələb edib. Əks halda Vaşinqton ən yeni F-35 qırıcı təyyarələrinin Türkiyəyə satışının ləngidiləcəyini və ya tamamilə dayandırılacağını bildirib.

Rusiyanın hava hücumundan ən yeni müdafiə sistemləri S-400 zenit-raket kompleksləri 2019-cu il iyul ayının ortalarından Türkiyəyə çatdırılmağa başlanılıb.

Trtajans.az

Pin It
»

40% Endirimli

Qalereya

Nostalji Xəbərləri

Dr. Kürşat Çavuşoğlu,Irak Türkmen Gazeteciler ...
    Tanınmış hüquqşünas, siyasi ekspert Adil ...
Dekabrın 27-də saat 15.30 radələrində ...

Texnologiya Xəbərləri

“Qarabağdakı zəfər sadəcə texnologiya sayəsində ...
İyunun 3-də Bakıda Azərbaycan-Türkiyə 13-cü ...
"Türkiyə müdafiə sənayesində ixrac reallaşdıran ...