TRTAJANS - Polşa Türkiyədən “Bayraktar TB2” alır

 Xəbərlərin Faktiki Ünvanı 

Elm & Texnologiya

Polşa Türkiyədən 24 ədəd “Bayraktar TB2” silahlı pilotsuz uçan aparat (SİHA) alacaq.

 Polşa prezidenti Ancey Dudanın (Andrzej Duda) 24-25 may tarixlərində Türkiyə səfəri zamanı müqavilənin imzalanması gözlənilir. Polşanın müdafiə naziri Mariuş Blaşak (Mariusz Blaszczak) ölkəsinin 24 ədəd “Bayraktar TB2”i tank əleyhinə sursatları ilə birlikdə alacaqlarını rəsmi olaraq açıqladı. Ölkənin bir radio proqramında çıxışı zamanı Blaşak dedi: "4 dəst tank əleyhinə sursatla təchiz edilmiş 24 ədəd “Bayraktar TB2”ni almaq üçün müqavilə bağlamağa hazırlaşırıq. Polşa ordusunu “Bayraktar”la gücləndiririk. Özünü sübut etmiş bu silah təcavüzkarı daşındıran təsirli bir vasitədir.”

 Qeyd edək ki, “Bayraktar TB2” Polşaya 2022-ci ildə təslim ediləcək. Bununla da Polşa Türkiyədən SİHA almış ilk NATO üzvü sayılacaq.

Pin It
»

40% Endirimli

Qalereya

Nostalji Xəbərləri

Dr. Kürşat Çavuşoğlu,Irak Türkmen Gazeteciler ...
    Tanınmış hüquqşünas, siyasi ekspert Adil ...
Dekabrın 27-də saat 15.30 radələrində ...

Texnologiya Xəbərləri

“Qarabağdakı zəfər sadəcə texnologiya sayəsində ...
İyunun 3-də Bakıda Azərbaycan-Türkiyə 13-cü ...
"Türkiyə müdafiə sənayesində ixrac reallaşdıran ...