Elm & Texnologiya

Mayın 26-da ilin ilk Ay tutulma hadisəsi baş verəcəcәk.

Trtajans.az AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının məlumatına əsasən xəbər verir ki, bu il  2 Ay tutulması hadisəsi baş verəcək və heç biri Azərbaycanda müşahidə olunmayacaq.

1-ci Ay tutulması 2021-ci il  26 mayda  baş verəcək. Tam Ay tutulmasıdır. Tutulma hadisəsi 13:44:57-də başlayacaq və 16:52:23-də sona çatacaq. Tutulmanın maksimumu 15:18:42-də olacaq. Tutulma hadisəsi 3 saat 8 dəqiqə davam edəcək.  Tutulma hadisəsi  Şərqi Asiya, Avstraliya, Amerika, Sakit okeanda müşahidə olunacaq.

 Tutulma zamanı Ay üfüqdən aşağıda olduğuna görə tutulma hadisəsi  Azərbaycanda müşahidə olunmayacaq. 

2-ci Ay tutulması   2021-ci il 19 noyabrda baş verəcək. Qismən  Ay tutulmasıdır. Tutulma hadisəsi 11:18:41-da başlayacaq və 14:47:04-də sona çatacaq. Tutulmanın maksimumu 13:02:55-də olacaq. Tutulma hadisəsi 2 saat 28 dəqiqə davam edəcək. Tutulma hadisəsi Amerika, Şimali Avropa, Şərqi Asiya, Sakit okean, Avstraliyada müşahidə olunacaq. Tutulma zamanı Ay üfüqdən aşağıda olduğuna görə tutulma hadisəsi  Azərbaycanda müşahidə olunmayacaq.