TRTAJANS - "Bu şirkətə türk olduğu üçün ayrı-seçkilik edilirsə, onda gileylənəcəyəm..."

 Xəbərlərin Faktiki Ünvanı 

Elm & Texnologiya

 

"Namaxvani SES-ə qarşı keçirilən etirazlarda iştirak edən dostların etiraz etmək hüququ var, lakin onlar türk və ya gürcü işçilərini təhdid etməməlidirlər".

Trtajans.az 24News.ge istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Gürcüstandakı fövqalədə və səlahiyyətli səfiri Fatma Ceren Yazqan, Namaxvani SES-ə qarşı keçirilən etiraz aksiyalarına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, ölkədə SES-lərin tikilməsi ilə bağlı qərarı Gürcüstanın enerji təhlükəsizliyi strategiyası cavab verməlidir: "Məni narahat edən, etirazla əlaqəli hər hansı bir ayrı-seçkiliyin olub-olmamasıdır. Mən şirkətin mənşəyini nəzərdə tuturam. Əgər bu belədirsə, onda fəxr etdiyimiz bir türk şirkəti olduğu üçün bu mənim də problemimdir. Bu şirkətə türk olduğu üçün ayrı-seçkilik edilirsə, onda gileylənəcəyəm və bu məsələdə gürcü xalqının işbirliyini istəyirəm. Namaxvani SES və ya başqa bir layihənin tikilib-tikilməməsinə qaldıqda isə, bu məsələ ilə bağlı qərarı Gürcüstanın enerji təhlükəsizliyi strategiyası cavab verməlidir. Ətraf mühitə yönəldiləcək davamlı enerjiyə ehtiyacımız var. Əgər belədirsə, bu məsələni layihədən faydalanacaq bölgə insanları və qərar verən insanlar həll etməlidir. Bununla birlikdə, Türk şirkətinə, işçilərinə qarşı hər hansı bir təhdid varsa, mən bundan dayima narahat olacam", - deyə F. C. Yazqan bildirib.

Xatırladaq ki, Namaxvanidə tikiləcək olan Su Elektrik Stansiyasına qarşı aylardır ki, etiraz aksiyası keçirilir. Etirazlar zamanı isə bəzi etirazçılar tikinti şirkətinin türk olmasını dilə gətirərək nalayiq sözlər də işlədiblər.

Pin It
»

40% Endirimli

Qalereya

Nostalji Xəbərləri

Dr. Kürşat Çavuşoğlu,Irak Türkmen Gazeteciler ...
    Tanınmış hüquqşünas, siyasi ekspert Adil ...
Dekabrın 27-də saat 15.30 radələrində ...

Texnologiya Xəbərləri

“Qarabağdakı zəfər sadəcə texnologiya sayəsində ...
İyunun 3-də Bakıda Azərbaycan-Türkiyə 13-cü ...
"Türkiyə müdafiə sənayesində ixrac reallaşdıran ...