TRTAJANS - AMEA-da İlham Əliyevin İƏT-in Elm və Texnologiya üzrə ikinci Zirvə toplantısındakı çıxışı müzakirə edilib

 Xəbərlərin Faktiki Ünvanı 

Elm & Texnologiya

İyulun 9-da Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Tədbirdə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının rəhbəri və aidiyyəti şəxslər iştirak ediblər. Yığıncağı giriş sözü ilə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev açıb. Sonra AMEA-nın akademik-katibi, akademik Arif Həşimov gündəlikdə duran elmi-təşkilati məsələlər barədə məlumat verib. Əvvəlcə AMEA-nın müxbir üzvü Rafiq Qasımova 90 illik yubileyi münasibətilə Akademiyanın Fəxri fərmanı təqdim olunub. İclasda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiya üzrə ikinci Zirvə toplantısındakı çıxışından irəli gələn vəzifələr müzakirə edilib. Bildirilib ki, cənab Prezident Zirvə toplantısındakı çıxışında Azərbaycanın Vətən müharibəsindəki şanlı qələbəsindən bəhs edib, İslam Əməkdaşlıq Təşkilatının Ermənistanın hərbi təcavüzü ilə bağlı Azərbaycanın ədalətli mövqeyini mütəmadi dəstəkləməsini yüksək qiymətləndirib. Həmçinin qeyd olunub ki, Prezident İlham Əliyev Zirvə toplantısındakı çıxışında ölkəmizin elmi və texnoloji potensialının gücləndirilməsinin başlıca prioritetlərdən olduğunu söyləyib, Azərbaycanın 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcəyini bildirib. Diqqətə çatdırılıb ki, respublikamızın növbəti onillik üçün sosial-iqtisadi inkişafına dair milli prioritetləri sırasında rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanının yaradılması, innovasiyaların və startap ekosistemlərinin inkişafı ilə bağlı əməli addımların atılması kimi mühüm məsələlər də ölkə başçısının niqtində yer alıb.

Qeyd olunanları nəzərə alaraq AMEA Rəyasət Heyəti müvafiq qərar qəbul edib. Qərarda AMEA-nın elmi müəssisə və təşkilatlarının öz fəaliyyətlərində Prezident İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiya üzrə ikinci Zirvə toplantısındakı çıxışından irəli gələn vəzifələri rəhbər tutması, Akademiyanın 2023-cü ildə ölkəmizdə keçiriləcək Beynəlxalq Astronavtika Konqresində yaxından iştirakı, eləcə də “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də AMEA-nın vəzifələrinin müəyyənləşdirilərək icrasının təmin edilməsi qərara alınıb.

Tədbirdə, o cümlədən “Azərbaycan Respublikasında 2022-2030-cu illərdə elmin dayanıqlı inkişafı üzrə Milli Strategiya”nın hazırlanması, həmçinin Rusiyanın Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutu ilə əməkdaşlığa dair materialların arxivləşdirilməsi haqqında məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.

İclasda müzakirə olunan növbəti məsələ AMEA-nın elmi müəssisə və təşkilatlarında maliyyə-təsərrüfat və inzibati-idarəçilik fəaliyyətinin mövcud vəziyyəti haqqında olub. Məsələ ilə bağlı arayışı mövcud vəziyyətin qiymətləndirilməsi üçün yaradılmış Komissiyanın sədri, AMEA Rəyasət Heyəti aparatının rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Seyfəl Həsənov təqdim edib.

Pin It
»

40% Endirimli

Qalereya

Nostalji Xəbərləri

Dr. Kürşat Çavuşoğlu,Irak Türkmen Gazeteciler ...
    Tanınmış hüquqşünas, siyasi ekspert Adil ...
Dekabrın 27-də saat 15.30 radələrində ...

Texnologiya Xəbərləri

“Qarabağdakı zəfər sadəcə texnologiya sayəsində ...
İyunun 3-də Bakıda Azərbaycan-Türkiyə 13-cü ...
"Türkiyə müdafiə sənayesində ixrac reallaşdıran ...