İdman

Türkiyənin İstanbul şəhərində təşkil edilən boks üzrə beynəlxalq Boğaziçi turniri başa çatıb. Azərbaycan milli komandası 30-a yaxın ölkədən

250 idmançının qatıldığı yarışı 7 medalla başa vurub.

Trtajans.az  xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb. Belə ki, yığmamızın heyətində Məsud Yusifzadə (52 kq), Cavid Çələbiyev (63 kq), Sərxan Əliyev (69 kq), Kamran Şahsuvarlı (75 kq) və Məhəmməd Abdullayev (+91 kq) ikinci yeri tutub. Ümid Rüstəmov (57 kq) və Alfonso Dominqes (81 kq) isə bürünc medalla kifayətlənib.

Qeyd edək ki, boksçularımız turnirdən öncə qardaş ölkədə təlim-məşq toplanışı keçiblər.