TRTAJANS - Fransa Ukraynanı məğlub edə bilmədi-FUTBOL

 Xəbərlərin Faktiki Ünvanı 

İdman

Futbol üzrə 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələyə start verilib.


İlk oyun günündə 5 qrupda 12 oyun keçirilib. Açılış oyununda Türkiyənin Niderlandı 4:2 hesabı ilə yendiyi G qrupunda Norveç səfərdə Cəbəllütariqi darmadağın edib - 0:3. Latviya isə evdə Monteneqroya uduzub - 1:2.

Azərbaycan millisinin Portuqaliyaya səfərdə 0:1 hesabı ilə uduzduğu A qrupunda daha bir rəsmi oyun Serbiya və İrlandiya milliləri arasında olub. Görüş meydan sahiblərinin minimal fərqli qələbəsi ilə yekunlaşıb - 3:2. Mübarizəyə müsabiqədənkənar qatılan DÇ-2022-nin ev sahibi Qətər isə Lüksemburqu minimal hesabla yenib - 1:0.

D qrupunda Fransa Ukrayna üzərində qələbə qazana bilməyib - 1:1. Finlandiya - Bosniya və Herseqovina görüşündə də heç-heçə qeydə alınıb - 2:2.

E qrupunda Belçika evdə Uelsə 3:1, Çexiya isə səfərdə Estoniyaya 6:2 hesabı ilə qalib gəlib.

Nəhayət, H qrupunda Rusiya səfərdə Maltanı 3:1, Sloveniya evdə Xorvatiyanı 1:0 hesabı ilə yenib. Kipr - Slovakiya görüşü isə hesabın açılmadığı yeganə oyun olub.

DÇ-2022-nin seçmə mərhələsi

I tur

24 mart

A qrupu

21:00. Qətər - Lüksemburq - 1:0

Qol: Məhəmməd Muntari, 12

23:45. Portuqaliya - Azərbaycan - 1:0

Qol: Maksim Medvedev, 36 (öz qapısına)

23:45. Serbiya - İrlandiya - 3:2

Qollar: Duşan Vlaxoviç, 40. Aleksandar Mitroviç, 69; 75 - Alan Braun, 18. Ceyms Kollinz, 86

D qrupu

23:45. Finlandiya - Bosniya və Herseqovina - 2:2

Qollar: Teemu Pikki, 58; 77 - Miralem Pyaniç, 55. Miroslav Stevanoviç, 84

23:45. Fransa - Ukrayna - 1:1

Qollar: Antuan Qrizmann, 19 - Presnel Kimpembe, 57 (öz qapısına)

E qrupu

23:45. Belçika - Uels - 3:1

Qollar: Kevin De Bruyne, 22. Torqan Azar, 28. Romelu Lukaku, 73 - Harri Uilson, 11

Pin It
»

40% Endirimli

Qalereya

Nostalji Xəbərləri

Dr. Kürşat Çavuşoğlu,Irak Türkmen Gazeteciler ...
    Tanınmış hüquqşünas, siyasi ekspert Adil ...
Dekabrın 27-də saat 15.30 radələrində ...

Texnologiya Xəbərləri

“Qarabağdakı zəfər sadəcə texnologiya sayəsində ...
İyunun 3-də Bakıda Azərbaycan-Türkiyə 13-cü ...
"Türkiyə müdafiə sənayesində ixrac reallaşdıran ...