TRTAJANS - İngiltərə Premyer Liqasını tərk edən ilk klub müəyyənləşdi

 Xəbərlərin Faktiki Ünvanı 

İdman

 

"Şeffild Yunayted" İngiltərə Premyer Liqası ilə vidalaşan ilk klub olub. Bu, XXXII turun "Vulverhempton"la səfər oyunundan sonra müəyyənləşib.

Pol Hekinqbottonun baş məşqçi olduğu kollektiv 0:1 hesabı ilə uduzaraq, 14 xalla axırıncı pillədə qalıb. "Şeffild Yunayted" sona 6 tur qalmış Premyer Liqada yerini qorumağa imkan verən 17-ci pillədən 19 xal geri qalır. Mövsüm ərzində 17 qol vurub 56 top buraxan komandanın ən yaxşı bombardiri irlandiyalı Devid Makqoldrikdir. Makqoldrikin aktivində cəmi 6 top var.

Habelə "Vest Bromviç Albion" (24 xal) ilə "Fulhem" (26 xal) də Premyer Liqanı tərk etmə zonasındadırlar. Əvəzində "Norviç"in Çempionşipdən Premyer Liqaya vəsiqəni vaxtından əvvəl təmin etdiyi müəyyənləşib.

Qeyd edək ki, daha əvvəl Səudiyyə Ərəbistanı şahzadəsi Musaad ibn Xalid əl-Səud İngiltərənin "Şeffild Yunayted" klubunun Direktorlar Şurasının sədri vəzifəsindən ayrılıb.

Pin It
»

40% Endirimli

Qalereya

Nostalji Xəbərləri

Dr. Kürşat Çavuşoğlu,Irak Türkmen Gazeteciler ...
    Tanınmış hüquqşünas, siyasi ekspert Adil ...
Dekabrın 27-də saat 15.30 radələrində ...

Texnologiya Xəbərləri

“Qarabağdakı zəfər sadəcə texnologiya sayəsində ...
İyunun 3-də Bakıda Azərbaycan-Türkiyə 13-cü ...
"Türkiyə müdafiə sənayesində ixrac reallaşdıran ...