İdman

İngiltərənin "Mançester Yunayted" klubunun futbolçuları Avropa Super Liqasının yaradılmasından və komandanın bu turnirdə təmsil olunması haqqında bəyanatından narazı qalıblar.

Bu barədə “Daily Express” yazıb. Məlumata görə, oyunçular onlara klubun belə bənayatla çıxış edəcəyi barədə məlumat verilməməsindən son dərəcə qəzəbləniblər. Komandanın icraçı direktoru Ed Vudvord futbolçularla görüş keçirib, lakin onları tamamilə sakitləşdirməyə müvəffəq olmayıb.
Qeyd edilir ki, yeni yarışla bağlı Avropa Super Liqası klublarının futbolçularından ilk narazılığı məhz "Mançester Yunayted" oyunçusu Brunu Fernandeş ifadə edib.
Aprelin 19-da İngiltərənin "Mançester Yunayted", "Liverpul", "Mançester Siti", "Arsenal", "Çelsi", "Tottenhem", İspaniyanın "Barselona", "Real Madrid", "Atletiko", həmçinin İtaliyanın "İnter", "Milan" və "Yuventus" komandaları rəsmən Super Liqada birləşmələri barədə bildiriblər. Yeni Liqada 20 komandanın iştirakı planlaşdırılır, onlardan 15-i daimi əsasda çıxış edəcəklər.
Super Liqanın rəhbəri Florentino Peres daha əvvəl bildirib ki, Super Liqanın yaradılmasının əsəs məqsədi dünya futbolunu xilas etməkdir.