TRTAJANS - Messi İspaniya çempionatının rekordunu yenilədi

 Xəbərlərin Faktiki Ünvanı 

İdman

 

İspaniyanın “Barselona” futbol komandasının hücumçusu və kapitanı Lionel Messi ölkə Primerasının ardıcıl 12 mövsümündə azı 25 qol vuran yeganə futbolçudur.

Bu barədə “Squawka Football” bildirib. Qeyd edilir ki, 33 yaşlı argentinalı futbolçu İspaniya çempionatının XXI turunda “Xetafe”yə qarşı matçda (5:2) dubla imza atıb. Carı mövsümdə Messinin hesabında 25 qol və 9 məhsuldar ötürmə var.
Martda Messi əfsanəvi braziliyalı futbolçu Pelenin eyni çempionatda qolların hesabına görə rekordunu üstələyib. Bundan əlavə, argentinalı hücumçu “Barselona” ilə 35 titul qazanıb. O, komandası ilə 10 dəfə İspaniya çempionatında, 7 dəfə İspaniya Kubokunda, 8 dəfə İspaniya Super Kubokunda, 4 dəfə Çempionlar Liqasında, 3 dəfə UEFA Super Kubokunda və 3 dəfə klublararası dünya çempionatında qalib gəlib.

Pin It
»

40% Endirimli

Qalereya

Nostalji Xəbərləri

Dr. Kürşat Çavuşoğlu,Irak Türkmen Gazeteciler ...
    Tanınmış hüquqşünas, siyasi ekspert Adil ...
Dekabrın 27-də saat 15.30 radələrində ...

Texnologiya Xəbərləri

“Qarabağdakı zəfər sadəcə texnologiya sayəsində ...
İyunun 3-də Bakıda Azərbaycan-Türkiyə 13-cü ...
"Türkiyə müdafiə sənayesində ixrac reallaşdıran ...