TRTAJANS - Yeniyetmə və gənc karateçilərimiz Belarusda 22 medal qazandı

 Xəbərlərin Faktiki Ünvanı 

İdman

Yeniyetmə və Gənclərdən ibarət seçmə komandamız Belarusun paytaxtı Minskdə Unmei Cup Beynəlxalq turnirində 22 mükafat qazanıb.  

Trtajans.az xəbər verir ki, Azərbaycan Milli Karate Federasiyasından bildirilib ki, Yeniyetmə və Gənclər milli komandasının baş məşqçisi Anar Allahverdiyev və böyük məşqçi Seymur Xudaverdiyevin rəhbərliyi ilə Belarusa yollanan karateçilər 9 qızıl, 6 gümüş və 7 bürünc medala sahib olublar. 14-15 yaşlı yeniyetmələrdən Amin Yadigarlı (-52 kq), Əzim Rahib (-70 kq), Aysu Əliyeva (-47 kq), Fidan Rüstəmova (-54 kq), qızlar kumite komandası, eləcə də 16-17 yaşlı gənclər arasında Fərid Savadov (-55 kq), Ramil Baxşəliyev (-61 kq), Vahid Həsənov (-76 kq) və oğlanlar kumite komandası yarışın qalibi olub.

Gümüş medalı 14-15 yaşlı yeniyetmələrdən Nihad Kərimzadə (-70 kq), oğlanlar kumite komandası, 16-17 yaşlı gənclərdən Nicat Kərimli (-61 kq), Xumar Əlibəyova (-53 kq) və Vahid Həsənov (mütləq çəkidə), 18-21 yaşlı gənclərdən isə Hüseyn Hüseynzadə (-84 kq) qazanıb. 

14-15 yaşlı yeniyetmələrdən Məhəmməd Xamoyev (-63 kq), Fərid Talıbov (-68 kq), Ramil Bəxşəliyev (mütləq çəkidə), 18-21 yaşlı gənclərdən Renata Ərəbli (-61 kq), Həsənəli Həsənov (kata) və Zəhra Qurbanzadə (kata), böyüklər arasında isə Neda Rezai (kata) bürünc mükafat alıb. 

Bu nəticə ilə Azərbaycan ümumi komanda hesabında birinci olub. Unmei Cup beynəlxalq turniri yeniyetmə və gənclər seçmə komandasının 1 il 3 aylıq fasilədən sonra iştirak etdiyi ilk turnir idi. Karateçilərimizin növbəti yarışı iyunda Dünya Karate Federasiyasının rəsmi turnirlərindən (WKF) Kiprdə Gənclər liqası turniri olacaq. 

Pin It
»

40% Endirimli

Qalereya

Nostalji Xəbərləri

Dr. Kürşat Çavuşoğlu,Irak Türkmen Gazeteciler ...
    Tanınmış hüquqşünas, siyasi ekspert Adil ...
Dekabrın 27-də saat 15.30 radələrində ...

Texnologiya Xəbərləri

“Qarabağdakı zəfər sadəcə texnologiya sayəsində ...
İyunun 3-də Bakıda Azərbaycan-Türkiyə 13-cü ...
"Türkiyə müdafiə sənayesində ixrac reallaşdıran ...