TRTAJANS - Azərbaycan və Türkiyə milliləri birgə təlim-məşq toplanışı keçir

 Xəbərlərin Faktiki Ünvanı 

İdman

Türkiyənin sərbəst güləş üzrə gənclərdən ibarət millisi Bakıda təlim-məşq toplanışı keçir.

Trtajans.az xəbər verir ki, mayın 10-dan paytaxtda yığmamızla birgə hazırlıq prosesinə start verilib. Olimpiya Güləş Mərkəzində keçirilən birgə təlim-məşq toplanışı mayın 24-dək davam edəcək. Həm fiziki, həm də taktiki-texniki çalışmaların yer aldığı TMT qarşıdan gələn yarışlara, o cümlədən iyunun sonu - iyulun əvvəllərində Almaniyanın Dortmund şəhərində keçiriləcək gənclərin Avropa çempionatına hazırlıq xarakteri daşıyır.

Bu arada onu da nəzərinizə çatdıraq ki, Türkiyənin ölkəmizə yeni təyin olunmuş səfiri Cahit Bağcı Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasına baş çəkib. Həm Türkiyə, həm də Azərbaycan yığmalarının məşqçiləri ilə görüşən səfir onlarla xatirə şəkli çəkdirib.

Pin It
»

40% Endirimli

Qalereya

Nostalji Xəbərləri

Dr. Kürşat Çavuşoğlu,Irak Türkmen Gazeteciler ...
    Tanınmış hüquqşünas, siyasi ekspert Adil ...
Dekabrın 27-də saat 15.30 radələrində ...

Texnologiya Xəbərləri

“Qarabağdakı zəfər sadəcə texnologiya sayəsində ...
İyunun 3-də Bakıda Azərbaycan-Türkiyə 13-cü ...
"Türkiyə müdafiə sənayesində ixrac reallaşdıran ...