TRTAJANS - Türkiyə - Şimali İrlandiya oyunu ləğv olundu

 Xəbərlərin Faktiki Ünvanı 

İdman

 

Türkiyə milli komandasının Şimali İrlandiya yığması ilə yoldaşlıq görüşü ləğv olunub.

Bu barədə komandanın baş məşqçisi Şenol Güneş açıqlama verib. 69 yaşlı mütəxəssis belə bir qərarı Çempionlar Liqasının final qarşılaşmasının İstanbuldan alınmasının ardından Şimali İrlandiya Futbol Assosiasiyasının qəbul etdiyini bildirib.
Böyük Britaniya hökuməti Türkiyəni koronavirusun geniş yayıldığı ölkələrdən biri kimi "qırmızı siyahı"ya salıb. Bu səbəbdən, Çempionlar Liqasında İngiltərənin "Çelsi" və "Mançester Siti" komandaları arasındakı final oyunu Portuqaliyanın Portu şəhərindəki "Draqau" stadionuna keçirilib.
Türkiyə - Şimali İrlandiya görüşü mayın 31-də keçirilməli idi. Bu, mayın 27-də Azərbaycanla nəzərdə tutulan yoldaşlıq görüşündən sonraya təsadüf edəcəkdi. Şimali İrlandiyanı hansı ölkənin əvəzləyəcəyi hələlik məlum deyil.
Qeyd edək ki, Türkiyə - Azərbaycan oyunu mayın 27-də Alanya Bahçeşehir Okulları və ya "Oba" stadionunda keçiriləcək.

Pin It
»

40% Endirimli

Qalereya

Nostalji Xəbərləri

Dr. Kürşat Çavuşoğlu,Irak Türkmen Gazeteciler ...
    Tanınmış hüquqşünas, siyasi ekspert Adil ...
Dekabrın 27-də saat 15.30 radələrində ...

Texnologiya Xəbərləri

“Qarabağdakı zəfər sadəcə texnologiya sayəsində ...
İyunun 3-də Bakıda Azərbaycan-Türkiyə 13-cü ...
"Türkiyə müdafiə sənayesində ixrac reallaşdıran ...