TRTAJANS - DÇ-2022: Azərbaycan millisinin rəqibləri bəlli olub

 Xəbərlərin Faktiki Ünvanı 

İdman

Qətərdə keçiriləcək DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, final mərhələsində vəsiqələr uğrunda mübarizəyə başlayacaq 55 komanda 10 qrupa bölünüb.
Bu qrupların beşində 5, beşində 6 komanda yer alıb. 2021-ci ildə baş tutacaq seçmə mərhələdə qrup qalibi olan 10 komanda mundiala vəsiqə qazanacaq. İkinci yer sahibi olan 10 komanda isə Millətlər Liqasından gələcək 2 yığma ilə pley-offda son üç vəsiqə üçün mübarizə aparacaq.
Püşkatmaya 5-ci səbətdə qatılan Azərbaycan millisinin də seçmə mərhələdəki rəqibləri müəyyənləşib. Yığmamız A qrupunda yer alıb.
İtaliyalı Canni de Byazinin baş məşqçisi olduğu millinin qrupunda 5 komanda mübarizə aparacaq. Yığmamız Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburq ilə üz-üzə gələcək.
Qardaş Türkiyə G qrupunda Niderland, Norveç, Monteneqro, Latviya və Cəbəllütariq futbolçuları ilə qarşılaşacaq.
Qeyd edək ki, artıq seçmə mərhələnin oyun günləri də bəllidir. Komandalar martın 24-25-də, 27-28-də, 30-31-də, sentyabrın 1-2-də, 4-5-də, 7-8-də, oktyabrın 8-9-da, 11-12-də, noyabrın 11-13-də və 14-16-da meydana çıxacaq. Pley-off mərhələsi 2022-ci il martın 24-25-də və 28-29-da təşkil olunacaq.
 
 
A qrupu B qrupu C qrupu D qrupu E qrupu
Portuqaliya
Serbiya
İrlandiya
Lüksemburq
Azərbaycan
İspaniya
İsveç
Yunanıstan
Gürcüstan
Kosovo
İtaliya
İsveçrə
Şimali İrlandiya
Bolqarıstan
Litva
Fransa
Ukrayna
Finlandiya
Bosniya və Herseqovina
Qazaxıstan
Belçika
Uels
Çexiya
Belarus
Estoniya
         
F qrupu G qrupu H qrupu İ qrupu J qrupu
Danimarka
Avstriya
Şotlandiya
İsrail
Farer adaları
Moldova
Niderland
Türkiyə
Norveç
Monteneqro
Latviya
Cəbəllütariq
Xorvatiya
Slovakiya
Rusiya
Sloveniya
Kipr
Malta
İngiltərə
Polşa
Macarıstan
Albaniya
Andorra
San Marino
Almaniya
Rumıniya
İslandiya
Şimali Makedoniya
Ermənistan
Lixtenşteyn
 
Pin It
»

40% Endirimli

Qalereya

Nostalji Xəbərləri

Dr. Kürşat Çavuşoğlu,Irak Türkmen Gazeteciler ...
    Tanınmış hüquqşünas, siyasi ekspert Adil ...
Dekabrın 27-də saat 15.30 radələrində ...

Texnologiya Xəbərləri

“Qarabağdakı zəfər sadəcə texnologiya sayəsində ...
İyunun 3-də Bakıda Azərbaycan-Türkiyə 13-cü ...
"Türkiyə müdafiə sənayesində ixrac reallaşdıran ...