Komissiya həkimlərin hərəkətlərinin adekvat olmadığını aşkar edib
Əfsanəvi futbolçu Dieqo Maradonanı müalicə edən tibbi qrup qəsdən adam öldürməkdə günahlandırılıb.
Apa “AFP”yə istinadən xəbər verir ki, qrupa daxil olan 7 nəfərin hər birini 8 ildən 25 ilə qədər həbs cəzası gözləyir.
Yoxlama zamanı həkimlərin hərəkətlərinin adekvat olmadığı aşkar edilib.
Xatırladaq ki, Dieqo Maradona keçən il noyabrın 25-də ani ürək tutmasından dünyasını dəyişmişdi. Cəsədin yarılması nəticəsində onun kəskin ağciyər çatışmazlığından öldüyü bildirilmişdi.
Trtajans.az