İdman

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Ukrayna Futbol Federasiyasının Kiyev şəhərində

təşkil etdiyi, Valeri Lobanovskinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə bu gün ilk oyununu keçirib.

"Trtajans.az"-ın məlumatına görə, Ukrayna yığması ilə qarşılaşan millimiz 1:0 hesabı ilə qələbə qazanıb. U-21-in heyətində 17-ci dəqiqədə Musa Qurbanlı fərqlənib. Millimiz turnirdə növbəti və sonuncu oyununu sabah Özbəkistan yığmasına qarşı keçirəcək.