TRTAJANS - Həmyerlimiz sambo üzrə ABŞ çempionu olub

 Xəbərlərin Faktiki Ünvanı 

İdman

 

ABŞ-da yaşayan həmyerlimiz Orxan İsmətzadə

 Şimali Karolina ştatının Qrinsboro şəhərində sambo üzrə keçirilən ölkə çempionatının qalibi olub.

İdmançı həmyerlimiz 98 kq çəki dərəcəsində qızıl medal qazanaraq çempion tituluna layiq görülüb. Onun cempionatdakı rəqibləri Boston, Nyu-Cersi və Şimali Karolina ştatlarının təmsilçiləri olub.

Qeyd edək ki, Orxan İsmətzadə uşaqlıqdan idmanın sambo növü ilə  məşğul olur. Ölkəmizdə keçirilən respublika turnirlərində qızıl və gümüş medallara layiq görülüb. 2018-ci ildən ABŞ-ın Pensilvaniya ştatının Pittsburq şəhərində yaşayan soydaşımız bu ölkədə təşkil edilən bir sıra beynəlxalq yarışlarda iştirak edib və Universal döyüşdə dünya üzrə ikinci yeri tutub.

Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və kollektivi soydaşımızı çempion titulunu qazanması münasibətilə təbrik edir və uğurlarının davamlı olmasını arzulayır.

Trtajans.az

 

Pin It
»

40% Endirimli

Qalereya

Nostalji Xəbərləri

Dr. Kürşat Çavuşoğlu,Irak Türkmen Gazeteciler ...
    Tanınmış hüquqşünas, siyasi ekspert Adil ...
Dekabrın 27-də saat 15.30 radələrində ...

Texnologiya Xəbərləri

“Qarabağdakı zəfər sadəcə texnologiya sayəsində ...
İyunun 3-də Bakıda Azərbaycan-Türkiyə 13-cü ...
"Türkiyə müdafiə sənayesində ixrac reallaşdıran ...