TRTAJANS - "Beşiktaş" keçmiş hücumçusunu geri qaytardı

 Xəbərlərin Faktiki Ünvanı 

İdman

 

Türkiyənin "Beşiktaş" klubu 3 il öncə İngiltərə "Everton"una 22,5 milyon avroya satdığı futbolçusu Cenk Tosunu icarə əsasında geri qaytarıb.
30 yaşlı hücumçu mövsümün sonunadək havayı icarəyə götürülüb. Üstəlik, Tosunun 1,5 milyon avro olan yarım illik təminat məbləğinin bir hissəsini "Everton" qarşılayacaq. O, "qara-qartallar"dan mövsümün sonunadək çıxışının əvəzi olaraq, 1 milyon avro alacaq.
Bu keçid Mario Mancukiç və Halkın transferi gerçəkləşmədikdən sonra həyata keçirilib. "Beşiktaş" Rusiya MOİK-inin də ciddi maraqlandığı forvardı geri qaytarmağı bacarıb. Qeyd edək ki, Cenk Tosun bu gün Bakı vaxtı ilə saat 19:30-da İstanbulda olacaq. O, İngiltərədən gəldiyi üçün "Fənərbağça"nın yeni transferi Mesut Özil kimi bir həftə karantində qalacaq. Cenkin ikinci koronavirus testi neqativ çıxdıqdan sonra komandaya qoşulacaq.

Pin It
»

40% Endirimli

Qalereya

Nostalji Xəbərləri

Dr. Kürşat Çavuşoğlu,Irak Türkmen Gazeteciler ...
    Tanınmış hüquqşünas, siyasi ekspert Adil ...
Dekabrın 27-də saat 15.30 radələrində ...

Texnologiya Xəbərləri

“Qarabağdakı zəfər sadəcə texnologiya sayəsində ...
İyunun 3-də Bakıda Azərbaycan-Türkiyə 13-cü ...
"Türkiyə müdafiə sənayesində ixrac reallaşdıran ...