İdman

 

İstanbul təmsilçisinin qış transfer dönəmində heyətinə qatdığı Jedson Fernandeş, Mustafa Məhəmməd, Deandre Yedlin, Halil Dervişoğlu və Henri Onyekuru "Türk Telekom Arena"da ictimaiyyətə təqdim olunur. "Sarı qırmızılar"ın prezidenti Mustafa Cengiz nöqtə transferlərə imza atdıqlarını vurğulayıb. Cengizin sözlərinə görə, bəzi oyunçular digər təkliflər olmasına rəğmən, "Qalatasaray"ı seçib. O, hər bir futbolçuya "Qalatasaray"ı seçdiyi üçün təşəkkür edib.