TRTAJANS - Türkiyə millisindən böyük uğur - Avropa Çempionatına gedir

 Xəbərlərin Faktiki Ünvanı 

İdman

 Türkiyənin A milli kişi basketbol komandası Hollandiyanın Xorvatiyanı 65-57 hesabıyla məğlub etməsiylə ilk üçlükdə iştirak etmək və Avropa Çempionatına getmək haqqını əldə edib.

  FİBA 2022 Avropa Çempionatı seçmələrində D Qrupu 5-ci matçında Hollandiya basketbol komandası Xorvatiyanı 65-57 hesabı ilə məğlubiyyətə uğradıb. Bununla da Türkiyənin A milli kişi basketbol komandası D qrupunda ilk üçlükdə iştirak və Avropa Çempionatına getmək haqqını qazanıb.

  D qrupunun son matçında A milli komandası 22 fevralda (bazar ertəsi) Türkiyə saatı ilə 20.00-da Xorvatiya ilə qarşılaşacaq. Qrupun digər mübarizəsi isə 17.00-da İsveç ilə Hollandiya arasında olacaq.

  Türkiyənin vitse-prezidenti Fuad Oqtay “twitter”dən "Avropa Çempionatına qatıldığı üçün A milli kişi basketbol komandamızı ürəkdən təbrik edirəm" , - deyə paylaşıb.

  Ölkənin gənclik və idman naziri Mehmet Məhərrəm Kasapoğlu, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu və başqaları da Türkiyə millisini təbrik edərək komandaya çempionatda müvəffəqiyyətlər arzulayıblar.

Pin It
»

40% Endirimli

Qalereya

Nostalji Xəbərləri

Dr. Kürşat Çavuşoğlu,Irak Türkmen Gazeteciler ...
    Tanınmış hüquqşünas, siyasi ekspert Adil ...
Dekabrın 27-də saat 15.30 radələrində ...

Texnologiya Xəbərləri

“Qarabağdakı zəfər sadəcə texnologiya sayəsində ...
İyunun 3-də Bakıda Azərbaycan-Türkiyə 13-cü ...
"Türkiyə müdafiə sənayesində ixrac reallaşdıran ...