TRTAJANS - "Xocalı qətliamını törədənlər hələ də cəzasız qalıb"

 Xəbərlərin Faktiki Ünvanı 

Dünya

 

"Hər il Xocalı faciəsini yad edəndə və soyqırımı qubanlarının xatirəsini ananda biz ədalət və günahkarların cəzalandırılmasını tələb edirdik". "Təzadlar" Gürcüstanın
24News.ge xəbər portalına istinadla bildirir ki, bu sözləri Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan Tbilisidə Xocalı faciəsinə həsr olunan anım mərasimində deyib. Onun sözlərinə görə, qətliamı törədənlər hələ də cəzasız qalıblar: "İnanırıq ki, Xocalı qurbanları üçün də ədalət tezliklə zəfər çalacaq".
F.C.Yazqan bildirib ki, qardaş Azərbaycanın Qələbəsi ilə xocalıların ağrı-acısı bir az azalıb, lakin ədalət soyqırımı tanımaq və cinayətdə birbaşa əli olanların cəzalandırılmasından keçir.

Pin It
»

40% Endirimli

Qalereya