TRTAJANS - Gemlik Bələdiyyəsində kollektiv müqavilə sevinci

 Xəbərlərin Faktiki Ünvanı 

Dünya

Gemlik Bələdiyyəsi ilə Bütün Bələdiyyə və Yerli İdarəetmə Xidmətləri İşçiləri Birliyi (TÜMBELSEN) arasında davam edən danışıqlarda  razılıq

əldə edildi. Yeni kollektiv  müqaviləni  də Gemlik Bələdiyyə Başçısı Mehmet Uğur Sertaslan və TÜMBELSEN Bursa Şöbə müdiri Halil Durmuş birlikdə imzaladılar.

Birlik nümayəndələri Prezident Sertaslanı ofisində ziyarət etdilər. Görüşdə vitse-prezident Cengiz Güneş, həmkarlar ittifaqı üzvü bələdiyyə işçiləri və TÜMBELSEN Bursa İdarə heyəti üzvləri də iştirak etdilər. Səmimi söhbət şəraitində keçən görüşdən sonra Prezident Sertaslan və Şöbə müdiri Halil Durmuş yeni müqaviləni imzaladılar. 1 yanvar 2021-ci il və 31 dekabr 2022-ci iilər arası iki illik bir dövrü əhatə edən kollektiv müqavilədən, 100 dövlət qulluqçusu və 28 müqaviləli əməkdaş faydalanacaq.

Bələdiyyədə çalışan bütün işçilər arasında iş barışığını təmin etmək və işçilərin layiq olduqları humanist şərtlər daxilində gəlir əldə etmələri üçün birlik ilə razılaşdıqlarını vurğulayan Gemlik Bələdiyyə Başçısı Mehmet Uğur Sertaslan bildirdi ki,  “Biz bələdiyyəmizdə çalışan heç bir işçini məmur və yaxud şirkət işçisi olaraq bir-birindən ayırmırıq, hamısına qanunların və bələdiyyə imkanlarımızın yol verdiyi qədər sosial haqlarının yaxşılaşdırılmasını həyata keçiririk. Bu ilin əvvəlində, ölkəmizdə minimum əmək haqqı 2 min 800 lirə bildirildiyi halda, biz işçilərimizin ən aşağı maaşını 3 min 100 lirə elan etdik. Bu miqdar ailə, qida və yanacaq üçün edilən əlavə yardımlıarla bərabər 3 min 500 lirəyə çatır. Yeni hazırlanan kollektiv müqavilə ilə məmur və müqaviləli əməkdaşlarımızın da  birlikdə arzu edilən tənzimləmələri həyata keçiririk. Xöşbəxt yaşayanlar ilə Gemliki gələcəyə aparmağa davam edəcəyik."

www.haberakdeniz.com.tr  

 

 

Pin It
»

40% Endirimli

Qalereya