TRTAJANS - "CANIN BİR DƏ HEÇ VAXT YANMASIN TÜRKİYƏM!" - VİDEO

 Xəbərlərin Faktiki Ünvanı 

Dünya

Xəzər TV-nin efirində yayımlanan  "Birinci Studiya" verilişinin aparıcıs Lalə Azərtaşın

Türkiyədə baş verən meşə yanğınları, həmçinin Azərbaycanın qardaş ölkəyə olan sevgisini özündə ehtiva edən duyğusal, qəlbləri riqqətə gətirən ifadələri qardaş Türkiyə mediasında gündəm olub. Məşhur aparıcının ürəklərimizin sarı siminə toxunan fikirləri hər bir soydaşımızın qəlbindən keçən arzulardır, duyğulardır, bəlkə də sözlə ifadə edə bilməyəcəyimiz sevgidir, çırpınışdır, ürək yanğısıdır. Ayağına daş dəysə ürəyimizə dəyəcək qədər hiss edəcəyimiz canımızdır Türkiyə! Canını acıtmağa çalışanların hər xain hücumunda bizim də canımız yanar,  hər uğurunda - siyasi, iqtisadi, elmi..., hər nə olursa olsun, sevincimiz aşıb-daşar! Hər zaman qardaş əlini hiss etdiyimiz arxamız, güvən yerimiz  - gözlərimizdən axan qürur, sevinc yaşımızdır Türkiyəmiz! Azərbaycanın canıdır, qanıdır Türkiyəmiz! Biz də varıq, hər zaman sənin yanındayıq Türkiyəmiz!

Bütün Azərbaycan deyir: Canın bir də heç vaxt yanmasın Türkiyəm!

JASMİN 

Pin It
»

40% Endirimli

Qalereya