TRTAJANS - KASSAK PREZİDENTİ SALİH KURT MÖHTƏŞƏM SƏRGİDƏ İŞTİRAK EDİB

 Xəbərlərin Faktiki Ünvanı 

Dünya

Qarabağ Müharibəsi Cinayətlərini Araşdırma Komissiyasının (KASSAK) sədri Salih KURT “İslam mədəniyyətinin incəsənətdə əks olunması” adlı sərgidə iştirak edib.

Sərgidə açılış nitqi ilə çıxış edən prof. Dr. Nil Sarı: “İslam mədəniyyətinin incəsənətlə uzlaşmasının ən gözəl nümunələrindən biri - İllüminasiya və Miniatür sənətinin İslam mədəniyyətini incəsənətdə əks etdirməsidir”

 O, sərginin Türkiyədə və dünyada bir ilk olduğunu vurğulayıb.

Çoxlu sayda yüksək səviyyəli qonaqların olduğu sərginin açılışında prof. Dr. Bayram Altan, İstanbul Universitetinin Rektor Yrd. Prof. Dr. Haluk Alkan, Prof. Dr. Nil Sarı, KASSAK Komissiyasının sədri Salih Kurt, Emalatxana rəhbəri Jalə Yavuz da iştirak ediblər. Onlar sərginin açılış lentini kəsdikdən sonra sərginin açılışı edilib.

 KASSAK Komissiyasının sədri Salih KURT və Prof. Dr. Bayram Altanın səmimi şəraitdə baş tutan KASSAK Komissiyası haqqında söhbət zamanı Prof. Dr. Bayram Altanın bu sözləri diqqət çəkib: “Sırf Komissiyanı çaşdırmaq üçün aramıza sızanları Allaha (cc) tapşırıram”, - deyə vurğulayıb.

 “Eşitdim ki, siz sənədi hörmətli Prezidentimizə çatdırmısınız. İnşallah, xeyirlisi ilə nəticə əldə olunar” arzusunu dilə gətirən Prof. Dr. Bayram Altan “Dəvətimi qəbul etməklə məni sevindirdiniz. Mənəvi qızım Yasemin Kurtu gördüyümə çox  sevindim”, - bildirib.

 

Sərgidə həmyerlisi Nimet Değirmencioğlu ilə görüşən prezident Salih Kurt  Değirmencioğlu ilə qısa söhbətdən sonra media üçün xatirə şəkli çəkdirib .

Prezident Kurt sərgi ilə tanış olduqdan sonra İstanbul Universitetini tərk edib.

Pin It
»

40% Endirimli

Qalereya