TRTAJANS - ŞAHZADƏ CAMAL QAŞIQÇININ QƏTLİNDƏN SONRA İK DƏFƏ AVROPAYA SƏFƏR EDİB...

 Xəbərlərin Faktiki Ünvanı 

Dünya

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Camal Qaşıqçının cinayətinindən sonra ilk dəfə Avropa İttifaqına səfər edib.

Euronews-un yayımladığı xəbərə istinadən, Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi Məhəmməd bin Salman Qaşıqçı cinayətindən sonra ilk dəfə Avropa Birliyi üzv ölkəsi olan Yunanıstana səfər edib və bu həftə ərzində Fransaya səfəri də gözlənilir. Şahzadənin Avropa səfəri ABŞ prezidenti Co Bayden ilə Ciddədəki  görüşündən iki həftə sonraya təsadüf edir. 

Krallığın verdiyi məlumata görə səfərin məqsədi ikitərəfli əlaqələri inkişaf etdirməkdir. Səfərin ən aktual müzakirə mövzularından biri isə enerji məsələsidir. “Yunanıstan və Cənub Qərbi Avropanı Yunanıstan üzərindən təmin edəcəyimiz elektrik şəbəkəsini çox daha ucuz yenilənəbilən enerji ilə birləşdirəcəyik” deyən Səudiyyə şahzadəsi həmçinin , Yunanıstanı Avropa üçün hidrogen mərkəzinə çevirmək yolları üzərində işlədiklərini qeyd edib. Qeyd edək ki, 2018-ci ilin oktyabrında Səudiyyə agentləri tərəfindən krallığın İstanbul konsulluğunda öldürülən Camal Qaşıqçı cinayəti ilə sıx əlaqəsi olduğu üçün, cinayətdən  sonra vəliəhd şahzadə Qərb tərəfindən qəbul edilmirdi. 

Müşahidəçilər qeyd edirlər ki, hazırkı enerji böhranında neft və qaz tədarükü axtarışları, Qərbi, Səudiyyə şahzadəsini qəbul etməyə məcbur etdiyini göstərir. 

Nərminə Hacıyeva

 

 

Pin It
»

40% Endirimli

Qalereya