TRTAJANS - İRAN və ABŞ arasında yenə razılaşma əldə edilmədi

 Xəbərlərin Faktiki Ünvanı 

Dünya

 

Keçən həftə Doha, Qətərdə keçirilən 2015-ci il nüvə sazişinin bərpası üzrə danışıqlar heç bir irəliləyiş olmadan başa çatdı. Bu görüşdən sonra Amerika Birləşmiş Ştatları və İran arasındakı münasibət daha da gərginləşə bilər.

Avropa İttifaqının vasitəçiliyi ilə  keçirilən danışıqlar İranın nüvə proqramı ətrafında gərginliyin artması fonunda hər iki tərəfin razılığa gəlməsi üçün son ümid idi. (Euronews)

İki gün davam edən danışıqlardakı məqsəd ABŞ və İran arasındakı məsələləri həll etmək olsa da, yüksək rütbəli Amerika rəsmisi danışıqların razılıqla nəticələnməsinin əksinə iki ölkə arasındakı münasibəti “geriyə” götürdüyünü qeyd edib. İranın xarici işlər naziri Hüseyn Əmir-Abdollahian isə diplomatiyaya gedən yolun açıq olduğunu bildirərək danışıqları “müsbət” adlandırıb. (CNN)

ABŞ-ın nüvə sazişinin bərpası üzrə danışıqlar üzrə nümayəndəsi Robert Malley  çərşənbə axşamı bildirib ki, İran son danışıqlar zamanı nüvə proqramı ilə bağlı müzakirələrə aid olmayan tələblər əlavə edib və uranın zənginləşdirilməsində narahatlığa səbəb olacaq qədər irəliləyiş əldə edib. İran nüvə bombası yaratmaq üçün lazım olan zənginləşdirilmiş uranın miqdarına yaxınlaşır və BMT-nin nüvə nəzarəti orqanı ilə əməkdaşlığı azaldır ki,  bu da rəqiblərinin nüvə imkanlarının qarşısını almaq üçün hərbi variantlara əl atması perspektivlərini artırır.(CNN) Bəhs edilən görüşün keçirilməsində məqsəd bərpa edilmiş nüvə sazişinin silahlı münaqişəyə sıçraya biləcək gərginiliyi azaldacaq olması idi. Həmçinin müvəfəqqiyətli olduğu halda, İran neftinin beynəlxalq bazara qaytarılacağına işarə olacaqdı ki, bu da Rusiyanın Ukraynaya təcavüzündən sonra beynəlxalq bazarın böyük tələbidir.(Al-Jazeera) 

”Biz İranla müzakirələrə hazır olsaq da, reallaşmalı olan  müzakirə İranla özü arasındadır. Onlar razılığa qayıtmağa hazır olub-olmadıqlarına dair bir nəticəyə gəlməlidirlər” deyə Robert Malley bildirib.(Euronews)

Crisis Group-un İran Layihə Direktoru Əli Vaez isə CNN-ə müsahibəsində bildirib ki, ABŞ-la İran arasındakı razılaşma bir neçə aydan daha çox bir neçə il vaxt alacaq məsələdir. İranın nüvə silahına sahib olmağına nə qədər yaxın olduğunu nəzərə aldıqda isə status-kvo davamlı deyil. Ehtimal ki, gec və ya tez İsrail ABŞ-ni İranın nüvə proqramını dayandırmaq üçün hərbi addımlar atmağa təşviq edəcək.

Xatırladaq ki,  2015 cil nüvə sazişinə əsasən İran nüvə obyektlərini yenidən dizayn etməli, dəyişdirməli və azaltmalı və bunun qarşılığında nüvə ilə bağlı qoyulmuş iqtisadi sanskiyalar ləğv edilməli idi.

 Nərminə Hacıyeva

Pin It
»

40% Endirimli

Qalereya