Dünya

Nigeriya sahillərində dəniz quldurları tərəfindən girov götürülən "Motsart" gəmisinin lheyət üzvləri - 15 türkiyəli dənizçi  nəhayət ki, xilas ediliblər.

Bu barədə TRT Haber məlumat yayıb.

Bildirilib ki, hazırda Nigeriyanın Port Harkort şəhərində olan dənizçilərin səhhəti normaldır.

Xəbər verdiyimiz kimi, yanvarın 23-də dəniz quldurları Nigeriya sahillərində "Motsart" adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə hücum ediblər. Hücum zamanı gəminin 19 heyət üzvündən 15-i qaçırılıb, azərbaycanlı mühəndis Fərman İsmayılov isə öldürülüb. Gəmi 3 heyət üzvü ilə Qabonun Port-Gentil Limanına gətirilib.

Xatırladaq ki, Fərman İsmayılovun cənazəsi əvvəlcə Qabondan Türkiyəyə, yanvarın 27-də isə Azərbaycana gətirilərək torpağa tapşırılıb.